Son dəqiqə

Qazaxıstan Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası avtomobil ixracı

Türkiyədən Qazaxıstana avtomobil ixracı 50 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld

Türkiyə 2025-cü ilin iyun ayında Qazaxıstana avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 39,4 faiz azalaraq, 6 milyon 384 min 3 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – iyun aylarında Türkiyədən Qazaxıstana avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,6 faiz azalaraq, 50 milyon 281 min 52 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq, 19 milyard 986 milyon 716 min dollara bərabər olub.

“Bu ilin iyun ayında Türkiyə 3 milyard 408 milyon 167 min dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 30,4 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2024-iyun 2025) Türkiyə 39 milyard 495 min 509 dollar məbləğində avtomobil ixrac edib.

Mövzuya görə xəbərlər