Son dəqiqə

Azərbaycan Türkiyə Ticarət nazirliyi kimyəvi maddə Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM)

Türkiyədən Azərbaycana kimyəvi maddə ixracı 259 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld

Türkiyə 2025-cü ilin iyun ayında Azərbaycana kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz artaraq, 40 milyon 971 min 71 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – iyun aylarında Türkiyədən Azərbaycana kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz artaraq, 259 milyon 811 min 44 dollara bərabər olub.

Qeyd edək ki,2025-ci ilin yanvar-iyun aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz azalaraq, 15 milyard 763 milyon 886 min dollara bərabər olub.

“Bu ilin iyun ayında Türkiyə 2 milyard 615 milyon 754 min dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 18 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2024-iyun 2025) Türkiyə 30 milyard 711 min 572 dollar məbləğində kimyəvi maddə ixrac edib.

Mövzuya görə xəbərlər