Son dəqiqə

Azərbaycan Türkiyə Ticarət nazirliyi elektrik avadanlıqları Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM)

İyun ayında Türkiyədən Azərbaycana elektrik avadanlıqları ixracı 12 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld

Türkiyə 2025-cü ilin iyun ayında Azərbaycana elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,9 faiz azalaraq, 12 milyon 650 min dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – iyun aylarında Türkiyədən Azərbaycana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz artaraq, 98 milyon 549 min 63 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz artaraq, 8 milyard 328 milyon 369 min dollara bərabər olub.

“Bu ilin iyun ayında Türkiyə 1 milyard 277 milyon 269 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 7,5 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2024-iyun 2025) Türkiyə 17 milyard 164 min 529 dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Mövzuya görə xəbərlər