...

Azərbaycan Aİ-nin əsas enerji tərəfdaşlarından biridir - Peter Mixalko

İqtisadiyyat Digər xəbərlər 12 May 2022 11:04
TurkicWorld Daspina Hasanova
Azərbaycan Aİ-nin əsas enerji tərəfdaşlarından biridir - Peter Mixalko

Bakı. TurkicWorld:

Azərbaycan Avropa İttifaqının (Aİ) əsas enerji tərəfdaşlarından biridir.

TurkicWorld-un məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko ADA Universitetində keçirilən "Avropa günü"nə həsr olunmuş seminar zamanı deyib.

"Bu gün Azərbaycan və Aİ bir-birinə hər zamankından daha yaxındır", - deyə o bildirib.

Onun sözlərinə görə, Azərbaycan həm "Şərq tərəfdaşlığı" formatında, həm də iqtisadiyyatın müxtəlif sektorlarında Aİ-nin ən yaxın tərəfdaşlarındandır.

"Bizim Azərbaycanla əməkdaşlığımızın prioritetləri həm də rəqəmsal texnologiyalara keçid, kənd rayonlarının inkişafı və insanlar arasında təmasın gücləndirilməsidir", - səfir deyib.

O qeyd edib ki, Azərbaycanla Aİ arasında yeni hərtərəfli saziş məhsuldar əməkdaşlığı daha da möhkəmləndirəcək.

"Biz ümid edirik ki, yeni hüquqi baza inkişafın daha da dərinləşdirilməsi üçün imkan yaradacaq", - P.Mixalko deyib.

Məqalədə:
Xəbərlər

Xəbər lenti