Son dəqiqə

Misir Türkiyə Ticarət nazirliyi Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) avtomobil ixracı

May ayında Türkiyədən Misirə avtomobil ixracı 27 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld

Türkiyə 2025-cü ilin may ayında Misirə avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 22,7 faiz artaraq, 27 milyon 402 min 76 dollara çatdırıb.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – may aylarında Türkiyədən Misirə avtomobil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16,6 faiz artaraq, 105 milyon 711 min 22 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq, 16 milyard 581 milyon 811 min dollara bərabər olub.

“Bu ilin may ayında Türkiyə 3 milyard 947 milyon 720 min dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 22,9 faiz artaraq” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (may 2024-may 2025) Türkiyə 38 milyard 704 milyon 62 min dollar məbləğində avtomobil ixrac edib.

Mövzuya görə xəbərlər