Türkiyədə ilin sonuna qədər 40 faizdən çox inflyasiya proqnozlaşdırılır - Mərkəzi Bank

Türkiyədə ilin sonuna qədər 40 faizdən çox inflyasiya proqnozlaşdırılır - Mərkəzi Bank

Bakı. TurkicWorld:

Türkiyə Mərkəzi Bankı 2022-ci ilin sonunda ölkədə inflyasiya proqnozunu 23,2 faizdən 42,8 faizədək yüksəldib.

TurkicWorld-un məlumatına görə, bunu Mərkəzi Bankın rəhbəri Şahap Kavcıoğlu bildirib.

Onun sözlərinə görə, hazırda davam edən qlobal əmtəə inflyasiyası ilə əlaqədar Türkiyədə illik inflyasiya gözləntiləri 20 faizə yaxın artıb.

Eyni zamanda, Türkiyə Mərkəzi Bankının rəhbəri bildirib ki, 2023-cü ildə inflyasiyanın 12,9 faizə, 2024-cü ildə isə 8,3 faiz səviyyəsinə azalması proqnozlaşdırılır.