Son dəqiqə

Trabzon beynəlxalq hava limanı sərnişin təyyarələri Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi Türkiyədə hava nəqliyyatı 2025 Hava nəqliyyatı infrastrukturu Sərnişin rekordu Sərnişin sayı Hava nəqliyyatı innovasiyaları

Trabzon hava limanında sərnişindaşıma 1 milyon nəfəri keçib (ÖZƏL)

BAKI, TurkicWorld

2025-ci ilin may ayında Türkiyənin Trabzon Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, 1 milyon 183 min 828 nəfər olub.

Bu barədə TurkicWorld -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin may ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə dəyişməyərək ,1 milyon 64 min 331 nəfər, beynəlxalq reyslər üzrə isə 22 faiz artaraq 119 min 497 nəfər təşkil edib.

2025-ci ilin may ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq 9 min 919 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin may ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq, 7 min 870 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 13 faiz artaraq, 2 min 49 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin aprel ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin may ayı ilə müqayisədə 1 faiz azalaraq, 8 min 298 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 3 faiz azalaraq, 6 min 940, beynəlxalq reyslər üzrə isə 14 faiz artaraq 1 min 358 olub.

2025-ci ilin may ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 85 milyon 356 min 7 nəfər, yük daşınması isə 1 milyon 869 min 382 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

Mövzuya görə xəbərlər