Son dəqiqə

Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi sərnişin təyyarələri Van hava limanı Türkiyədə hava nəqliyyatı 2025 Hava nəqliyyatı infrastrukturu Sərnişin rekordu Sərnişin sayı Hava nəqliyyatı innovasiyaları

Van hava limanında sərnişindaşıma 630 min nəfəri keçib (ÖZƏL)

BAKI, TurkicWorld

2025-ci ilin may ayında Türkiyənin Van Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7 faiz azalaraq, 631 min 172 nəfər olub.

Bu barədə TurkicWorld -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin may ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 8 faiz azalaraq, 627 min 397 nəfər, beynəlxalq reyslər üzrə isə 61 faiz azalaraq 3 min 775 nəfər təşkil edib.

2025-ci ilin may ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11 faiz azalaraq 5 min 865 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin may ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11 faiz azalaraq, 5 min 794 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 1,8 dəfə artaraq, 71 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin aprel ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin may ayı ilə müqayisədə 6 faiz azalaraq, 6 min 699 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 5 faiz azalaraq, 6 min 667, beynəlxalq reyslər üzrə isə 40 faiz azalaraq 32 olub.

2025-ci ilin may ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 85 milyon 356 min 7 nəfər, yük daşınması isə 1 milyon 869 min 382 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

Mövzuya görə xəbərlər