Son dəqiqə

Qırğızıstan Türkiyə Ticarət nazirliyi Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) avtomobil ixracı

Türkiyədən Qırğızıstana avtomobil ixracı azalıb (ÖZƏL)

BAKI, TurkicWorld

Türkiyə 2025-cü ilin may ayında Qırğızıstana avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz azalaraq, 3 milyon 110 min 54 dollara çatdırıb.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – may aylarında Türkiyədən Qırğızıstana avtomobil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 19,8 faiz azalaraq, 13 milyon 397 min 49 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq, 16 milyard 581 milyon 811 min dollara bərabər olub.

“Bu ilin may ayında Türkiyə 3 milyard 947 milyon 720 min dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 22,9 faiz artaraq” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (may 2024-may 2025) Türkiyə 38 milyard 704 milyon 62 min dollar məbləğində avtomobil ixrac edib.

Mövzuya görə xəbərlər