Son dəqiqə

Türkiyə limanları Türkiyə yük daşımaları Türkiyə limanlarının yük qəbulu 2025 Türkiyə limanları yükdaşımalar Türkiyə limanlarında yük daşımaları 2024 və 2025 Türkiyə limanları statistikası Türkiyə limanlarının yük qəbul etmə statistikası 2025 Türkiyə limanlarına daxil olan gəmi sayı Türkiyə limanları və beynəlxalq gəmiçilik

ABŞ - dan Türkiyə limanlarına 4 milyon tondan çox yük daşınıb (ÖZƏL)

Bakı, TurkicWorld

2025-ci ilin yanvar- aprel aylarında ABŞ - dan Türk limanlarına 4 milyon 144 min 64 ton yük daşınıb.

Bu barədə TurkicWorld - a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər ABŞ - dan Türkiyə limanlarına 120 min 696 ton yük daşıyıb.

“Bu ilin yanvar- aprel aylarında ABŞ - dan Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 4 milyon 23 min 368 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər.

Nazirlikdən verilən məlumatda qeyd olunur ki, bu müddət ərzində ABŞ - dan Türkiyəyə ABŞ bayrağı ilə üzən gəmilərlə yük çatdırılmayıb.

2025-ci ilin yanvar- aprel aylarında ABŞ - dan Türkiyə limanlarına 125 min 403 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2025-ci ilin aprel ayında Türkiyə limanları 33 milyon 122 min 363 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 278 min 945 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 30 milyon 843 min 418 ton olub”, – deyə nazirlikdən bildirilib.

Məlumatda bildirilib ki, 2025-ci ilin aprel ayında Türkiyə limanlarından 5 milyon 445 min 377 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin yanvar- aprel aylarında Türkiyə limanları 138 milyon 887 min 172 ton yük qəbul edib.

"Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 9 milyon 781 min 974 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 129 milyon 105 min 198 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2025-ci ilin yanvar- aprel aylarında Türkiyə limanlarından 22 milyon 310 min 951 ton transit yük daşınıb.

Qeyd edək ki, bu ilin aprel ayında Türkiyə limanları 4 min 763 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı min 614, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 149 olub.

2025-ci ilin yanvar - aprel ayında Türkiyə limanları 18 min 37 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 5 min 818, Türkiyə bayrağı altında olan gəmilər isə 12 min 279 olub”, - deyə nazirlikdən bildirilib.

Mövzuya görə xəbərlər