Son dəqiqə

İran Türkiyə Ticarət nazirliyi kimyəvi maddə Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM)

Türkiyədən İrana kimyəvi maddə ixracı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

Türkiyə 2025-cü ilin aprel ayında İrana kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz azalaraq, 30 milyon 810 min 10 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – aprel aylarında Türkiyədən İrana kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,6 faiz azalaraq, 149 milyon 356 min 50 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz azalaraq, 10 milyard 385 milyon 725 min dollara bərabər olub.

“Bu ilin aprel ayında Türkiyə 2 milyard 615 milyon 2 min dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 4,9 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2024-aprel 2025) Türkiyə 30 milyard 589 milyon 405 min dollar məbləğində kimyəvi maddə ixrac edib.

Mövzuya görə xəbərlər