Son dəqiqə

Azərbaycan Türkiyə Ticarət nazirliyi kimyəvi maddə Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM)

Türkiyədən Azərbaycana kimyəvi maddə ixracı artıb (ÖZƏL)

Bakı, TurkicWorld

Türkiyə 2025-cü ilin aprel ayında Azərbaycana kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 18,5 faiz artaraq, 47 milyon 448 min 59 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – aprel aylarında Türkiyədən Azərbaycana kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz artaraq, 170 milyon 406 min 2 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz azalaraq, 10 milyon 385 min 725 dollara bərabər olub.

“Bu ilin aprel ayında Türkiyə 2 milyon 615 min 2 dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 4,9 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2024-aprel 2025) Türkiyə 30 milyon 589 min 405 dollar məbləğində kimyəvi maddə ixrac edib.

Mövzuya görə xəbərlər