Son dəqiqə

Bakı Heydər Əliyev Beynəlxalq Aeroportu Varşava

LOT aviaşirkətinin təyyarəsi təcili qaydada Bakıya qayıdıb

Bakı, TurkicWorld

Bu gün səhər saatlarında Bakıdan Varşavaya uçuş yerinə yetirən LOT Polish Airlines aviaşirkətinə məxsus Boeing 737 tipli hava gəmisinin kapitanı, göyərtədəki sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi səbəbilə Heydər Əliyev Beynəlxalq Aeroportuna geri dönmək qərarı almış və məcburi eniş sorğusu göndərmişdir.

Hava gəmisi saat 07:45-də Bakı hava limanına uğurla eniş etmişdir. Enişdən dərhal sonra təyyarəyə tibbi xidmət əməkdaşları yönləndirilmiş, sərnişinə yerində ilkin tibbi yardım göstərilmişdir. Həkimin qərarına əsasən, sərnişinin uçuşu davam etdirməsinə icazə verilməmiş və o, tibbi nəzarətə götürülmüşdür.

Eyni zamanda, kapitanın göstərişi ilə hava gəmisinin əlavə texniki baxışa ehtiyacı olduğu bildirildiyindən, digər sərnişinlər təyyarədən təxliyə edilərək hava limanında müvəqqəti yerləşdirilmişdir.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərin təhlükəsizliyini və rifahını hər zaman prioritet olaraq qəbul edir və bu kimi hallarda operativ koordinasiya ilə beynəlxalq xidmət standartlarına uyğun yüksək səviyyəli əməliyyat tədbirlərini həyata keçirməyə davam edir.

Mövzuya görə xəbərlər