Son dəqiqə

İstanbul Türkmənistan TOBB 2025 Türkiyə şirkət qeydiyyatı statistikası 2024 və 2025 Türkiyə şirkət qeydiyyatı müqayisəsi

Türkmənistan kapitalı ilə Türkiyədə qeydiyyata alınan şirkətlərin sayı artıb (ÖZƏL)

Bakı, TurkicWorld

2025-ci ilin mart ayında Türkiyədə Türkmənistan kapitalı ilə 21 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 şirkət çoxdur.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Türkmənistan şirkətlərinin məcmu kapitalı 17 milyon türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 10 milyon 960 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin mart ayında Türkmənistan şirkətlərinin əksəriyyəti İstanbulda (20) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Türkmənistan şirkətlərinin ümumi kapitalı 16 milyon türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2025-cü ilin mart ayında Türkiyədə Türkmənistan kapitalı ilə 10 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Mövzuya görə xəbərlər