Son dəqiqə

Ambarlı limanı Türkiyə limanlarının yük qəbulu 2025 Türkiyə limanları yükdaşımalar Türkiyə limanlarında yük daşımaları 2025 Türkiyə limanlarına daxil olan yüklər Türkiyə limanlarının yük qəbul etmə statistikası 2025 Türkiyə limanlarına daxil olan gəmi sayı Türkiyə limanları və beynəlxalq gəmiçilik

Türkiyənin Ambarlı limanı 4 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

Bakı, TurkicWorld

2025 - ci ilin mart ayında Türkiyənin Ambarlı limanı 4 milyon 846 min 586 ton yük qəbul edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Ambarlı limanından Türkiyə bayrağı altında üzən 820 min 276 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 4 milyon 26 min 310 ton yük daşınıb.

2025 - ci ilin mart ayında Ambarlı limanından 2 milyon 261 min 693 ton tranzit yük aşırılıb.

Qeyd edək ki, 2025-ci ilin mart ayında Türkiyə limanları 37 milyon 449 min 945 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 437 min 245 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 35 milyon 12 min 700 ton olub”, – deyə nazirlikdən bildirilib.

Məlumatda bildirilib ki, 2025-ci ilin mart ayında Türkiyə limanlarından 6 milyon 14 min 854 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin yanvar-mart aylarında Türkiyə limanları 105 milyon 764 min 809 ton yük qəbul edib.

"Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 7 milyon 503 min 29 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 98 milyon 261 min 780 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2025-ci ilin yanvar-mart aylarında Türkiyə limanlarından 16 milyon 865 min 574 ton transit yük daşınıb.

Qeyd edək ki, bu ilin mart ayında Türkiyə limanları 4 min 814 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı min 512, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 302 olub.

2025-ci ilin yanvar - mart ayında Türkiyə limanları 13 min 274 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 4 min 204, Türkiyə bayrağı altında olan gəmilər isə 9 min 70 olub”, - deyə nazirlikdən bildirilib.

Mövzuya görə xəbərlər