İraq Türkiyə Ticarət nazirliyi Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) avtomobil ixracı

Türkiyədən İraqa avtomobil ixracı artıb (ÖZƏL)

Bakı, TurkicWorld

Türkiyə 2025-cü ilin mart ayında İraqa avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 92,8 faiz artaraq, 48 milyon 996 min 9 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – mart aylarında Türkiyədən İraqa avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 25,8 faiz artaraq, 82 milyon 118 min 14 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz artıb, 9 milyon 494 min 834 dollara bərabər olub.

“Bu ilin mart ayında Türkiyə 3 milyon 517 min 876 dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 9,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2024-mart 2025) Türkiyə 37 milyon 569 min 656 dollar məbləğində avtomobil ixrac edib.

Mövzuya görə xəbərlər