Özbəkistan Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə polad ixracı 2025 2024 və 2025 polad ixrac müqayisəsi Türkiyə polad ixrac həcmi Türkiyə polad ixrac statistikası Türkiyə İxracatçılar Məclisi (TİM)

Türkiyədən Özbəkistana polad ixracı azalıb (ÖZƏL)

Bakı,TurkicWorld

Türkiyə 2025-cü ilin mart ayında Özbəkistana polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19,4 faiz azalaraq, 4 milyon 630 min 91 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – mart aylarında Türkiyədən Özbəkistana polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz artaraq, 16 milyon 720 min 60 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2 faiz artıb, 4 milyon 35 min 31 dollara bərabər olub.

“Bu ilin mart ayında Türkiyə 1 milyon 549 min 577 dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 5,6 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2024-mart 2025) Türkiyə 16 milyon 219 min 149 dollar məbləğində polad ixrac edib.

Mövzuya görə xəbərlər