Aİ Azərbaycanın şəhərlərində öz layihələrinin genişlənməsinə ümid edir - Səfir

Aİ Azərbaycanın şəhərlərində öz layihələrinin genişlənməsinə ümid edir - Səfir

Avropa İttifaqı Azərbaycanın şəhərlərində öz layihələrinin genişlənməsinə ümid edir.

TurkicWorld-un məlumatına görə, bunui Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko "Mayors for Economic Growth Facility" proqramı çərçivəsində keçirilən tədbir zamanı deyib.

"Biz Aİ-nin Azərbaycan şəhərlərinin inklüziv və iqtisadi inkişafının təmin olunmasında iştirakının genişlənməsinə ümid edirik", - deyə o bildirib.

Səfir qeyd edib ki, Aİ bu gün artıq Şəki, Lənkəran, Astara kimi şəhərlərdə bir sıra layihələri inkişaf etdirir.

P.Mixalko əlavə edib ki, Aİ ümumilikdə Azərbaycanın 45 yaşayış məntəqəsində layihələr icra edir.