Son dəqiqə

ABŞ Türkiyə limanları Türkiyə limanlarının yük qəbulu 2025 Türkiyə limanları yükdaşımalar Türkiyə limanlarının statistikası 2025 Türkiyə limanlarına daxil olan yüklər 2024 və 2025 Türkiyə limanları statistikası 2025 Türkiyə limanlarına daxil olan gəmi sayı Türkiyə limanları və beynəlxalq gəmiçilik

ABŞ - dan Türkiyə limanlarına 2 milyon tondan çox yük daşınıb (ÖZƏL)

Bakı, TurkicWorld

2025-ci ilin yanvar-fevral aylarında ABŞ - dan Türk limanlarına 2 milyon 582 min 86 ton yük daşınıb.

Bu barədə TurkicWorld - a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər ABŞ - dan Türkiyə limanlarına 11 min 173 ton yük daşıyıb.

“Bu ilin yanvar-fevral aylarında ABŞ - dan Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 2 milyon 570 min 70 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər.

Nazirlikdən verilən məlumatda qeyd olunur ki, bu müddət ərzində ABŞ - dan Türkiyəyə ABŞ bayrağı ilə üzən gəmilərlə 843 ton yük çatdırılıb.

2025-ci ilin yanvar-fevral aylarında İrandan Türkiyə limanlarına 84 min 352 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2025-ci ilin fevral ayında Türkiyə limanları 30 milyon 855 min 73 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 360 min 170 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 28 milyon 494 min 852 ton olub”, – deyə nazirlikdən bildirilib.

Məlumatda bildirilib ki, 2025-ci ilin fevral ayında Türkiyə limanlarından 5 milyon 17 min 716 ton transit yük daşınıb.

Qeyd edək ki, bu ilin fevral ayında Türkiyə limanları 3 min 878 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı min 232, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 2 min 646 olub.

2024-cü ilin fevral ayında Türkiyə limanları 4 min 352 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 2 min 953, Türkiyə bayrağı altında olan gəmilər isə min 399 olub”, - deyə nazirlikdən bildirilib.

Mövzuya görə xəbərlər