Azərbaycanla Britaniya arasında qarşılıqlı investisiya qoyuluşu müzakirə edilib (FOTO)

Azərbaycanla Britaniya arasında qarşılıqlı investisiya qoyuluşu müzakirə edilib (FOTO)

İqtisadiyyat naziri Mikayıl Cabbarov Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonla görüşüb.

TurkicWorld-un məlumatına görə, bu barədə nazir "Twitter" səhifəsində bildirib.

Görüşdə iki ölkə arasında ticarət əlaqələri, qarşılıqlı investisiyalar, enerji transformasiyası və işğaldan azad edilmiş ərazilərimizin bərpası üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.