Son dəqiqə

İran Türkiyə Ticarət nazirliyi Türkiyənin ixracatı tekstil və tekstil üçün xammadə 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası

Türkiyədən İrana tekstil ixracı artıb (ÖZƏL)

Bakı, TurkicWorld

Türkiyə 2025-cü ilin fevral ayında İrana tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 45,4 faiz artaraq 14 milyon 948 min 68 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – fevral aylarında Türkiyədən İrana tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 22,2 faiz artaraq,27 milyon 409 min 98 dollara bərabər olub.

Qeyd edək ki,2025-ci ilin yanvar-fevral aylarında Türkiyənin dünya bazarlarına avtomobil ixracı 2024-cü ilin eyni ayı ilə müqayisədə 1,3 faiz artaraq, 5 milyon 979 min 540 dollara bərabər olub.

“Bu ilin fevral ayında Türkiyə 2 milyon 980 min 748 dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 4,7 faiz azdır,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2024 – fevral 2025) Türkiyə 32 milyon dollar məbləğində tekstil ixrac edib.

Mövzuya görə xəbərlər