Son dəqiqə

Türkiyə Ticarət nazirliyi polad Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası 2024 və 2025 polad ixrac müqayisəsi Türkiyə polad ixrac həcmi Türkiyə polad ixrac statistikası

Türkiyənin fevral ayında polad ixracı azalıb (ÖZƏL)

BAKI, TurkicWorld

2025-ci ilin yanvar-fevral aylarında Türkiyənin dünya bazarlarına polad ixracı 2024-cü ilin eyni ayı ilə müqayisədə 0,2 faiz artaraq, 2 milyon 493 min 484 dollara bərabər olub.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin fevral ayında Türkiyə 1 milyon 242 min 480 dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 9,7 faiz azdır,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2024 – fevral 2025) Türkiyə 16 milyon dollar məbləğində polad ixrac edib.

Mövzuya görə xəbərlər