Son dəqiqə

Türkiyə Ticarət nazirliyi

Türkiyədən Azərbaycana xalça ixracında artım müşahidə olunub (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar – dekabr aylarında Türkiyənin Azərbaycana xalça ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artaraq, 11 milyon 232 min 84 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“2024-cü ilin dekabr ayında Türkiyə Azərbaycan 1 milyon 402 min 45 dollar məbləğində xalça ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 28,1 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz artaraq, 2 milyard 867 milyon 477 min dollara bərabər olub.

“Keçən ilin dekabr ayında Türkiyə 247 milyon 411 min dollar məbləğində xalça ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 3,2 faiz azalıb.” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, 2024-cü ilin son 12 ayı ərzində (dekabr 2023-dekabr 2024) Türkiyə 2 milyard 867 milyon 411 min dollar məbləğində xalça ixrac edib.

Mövzuya görə xəbərlər