Son dəqiqə

ixrac Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi Türkiyə Statistika Təşkilatı (TÜİK)

Türkiyənin Misirə xalça ixracı 300 min dolları keçib (ÖZƏL)

BAKI,TurkicWorld, Orxan Qədirzadə

2026-cı ilin yanvar – mart aylarında Türkiyədən Misirə xalça ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 47 faiz artaraq, 324 min 95 dollara bərabər olub.

Bu barədə TurkicWorld- ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2026-cı ilin mart ayında Misirə xalça ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 116,3 faiz artaraq, 170 min 93 dollara çatdırıb.

Qeyd edək ki, 2026-cı ilin mart ayında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,5 faiz azalaraq, 207 milyon 191 min dollara bərabər olub.

2026-cı ilin yanvar-mart aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz azalaraq, 634 milyon 382 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (fevral 2026 - fevral 2025) Türkiyə 2 milyard 808 milyon 637 min dollar məbləğində xalça ixrac edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq, 2 milyard 838 milyon 524 min dollara bərabər olub.

Mövzuya görə xəbərlər