Son dəqiqə

SOCAR

SOCAR-ın 17 il ərzində Türkiyəyə sərmayəsinin həcmi açıqlanıb

Bakı, TurkicWorld

Türkiyənin ən böyük xarici investoru olan SOCAR, Türkiyəyə 17 il ərzində ümumilikdə 18,5 milyard ABŞ dolları sərmayə qoyub.

TurkicWorld xəbər verir ki, bunu SOCAR Türkiyə Baş icraçı direktoru Elçin İbadov SOCAR Türkiyə və qrup şirkətlərinə dair hesabat xarakterli mətbuat konfransında deyib.

E.İbadov bildirib ki, SOCAR Türkiyənin enerji sahəsindəki cari kəsirinin azalmasına öz töhfəsini verib.

"SOCAR Türkiyədə eyni zamanda 10 mindən çox şəxs çalışır ki, bu da Türkiyədə məşğulluğa böyük dəstəkdir", - o bildirib.

Mövzuya görə xəbərlər