Bakı, TurkicWorld
2024-cü ilin yanvar-oktyabr ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 34 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 25 şirkət azdır.
Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qazaxıstan şirkətlərinin məcmu kapitalı 32 milyon 800 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 175 milyon 805 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-oktyabr ayında Qazaxıstan şirkətlərinin əksəriyyəti İstanbulda (22) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən Qazaxıstan şirkətlərinin ümumi kapitalı 12 milyon 400 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2024-cü ilin yanvar-oktyabr ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 18 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.