Bakı, TurkicWorld
2024-cü ilin yanvar-oktyabr ayında Türkiyədə Qırğızıstan kapitalı ilə 16 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 8 şirkət azdır.
Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qırğızıstan şirkətlərinin məcmu kapitalı 15 milyon 350 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 106 milyon 520 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-oktyabr ayında Qırğızıstan şirkətlərinin əksəriyyəti İstanbulda (13) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən Qırğızıstan şirkətlərinin ümumi kapitalı 3 milyon 850 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2024-cü ilin yanvar-oktyabr ayında Türkiyədə Qırğızıstan kapitalı ilə 8 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.