Son dəqiqə

Türkiyə Ticarət nazirliyi

Türkiyənin xarici ticarət dövriyyəsi 50 milyard dollara yaxınlaşır (ÖZƏL)

Bakı, TurkicWorld

Bu ilin sentyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 49 milyard 103 milyon dollar olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Ticarət Nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin sentyabr ayında Türkiyənin ixracatı 2023-cü ilin eyni ayı ilə müqayisədə 1,9 faiz azalaraq 21 milyard 987 milyon dollar, idxalı isə 1,4 faiz azalaraq 27 milyon 116 min dollar olub.

“Bu ilin yanvar – sentyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 443 milyard 937 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-sentyabr ayında Türkiyənin ixracatı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz artaraq 191 milyard 754 milyon dollara, idxalı isə 8,1 faiz azalaraq 252 milyard 183 milyon dollar olub.

Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 617 milyard 551 milyon dollara çatıb.

2023-cü ildə Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artaraq 255 milyard 777 milyon, idxalı isə 0,5 faiz azalaraq 361 milyard 774 milyon dollar olub.

Mövzuya görə xəbərlər