Son dəqiqə

Bakı Xəzər İnşaat Həftəsi

Rusiya səfiri Xəzər İnşaat Həftəsi sərgisində olub

Bakı, TurkicWorld

Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Bakıda keçirilən Xəzər İnşaat Həftəsi çərçivəsində təqdim olunan eksponatlarla tanış olub.

TurkicWorld xəbər verir ki, tədbir 15-17 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilir.

Qeyd edək ki, Xəzər İnşaat Həftəsi çərçivəsində 4-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı “Rebuild Karabakh”, 29-cu Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild”, 16-cı Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku” sərgiləri, eləcə də, bu tədbirlərlə yanaşı, 12-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road&Traffic” sərgisi baş tutacaq.

Mövzuya görə xəbərlər