Son dəqiqə

Van hava limanı

Van hava limanında sərnişindaşıma 1 milyon nəfəri keçib (ÖZƏL)

Bakı,TurkicWorld

2024-cü ilin sentyabr ayında Türkiyənin Van Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 1 milyon 232 min 178 nəfər olub.

Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin sentyabr ayında hava limanında daxili reyslər üzrə sərnişindaşıma 2023-cü ilin analoji dövrü ilə müqayisədə 5 faiz azalaraq, 1 milyon 228 min 614 nəfər, beynəlxalq reyslər üzrə isə 50 faiz artaraq 3 min 564 nəfər təşkil edib.

2024-cü ilin sentyabr ayında hava limanının yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq 12 min 352 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin sentyabr ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq, 12 min 308 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 32 faiz azalaraq, 44 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin sentyabr ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin sentyabr ayı ilə müqayisədə 10 faiz artaraq, 14 min 881 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 10 faiz azalaraq, 14 min 801, beynəlxalq reyslər üzrə isə 67 faiz azalaraq 80 min olub.

Bu ilin sentyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 177 milyon 135 min 729 nəfər, yük daşınması isə 3 milyon 712 min 255 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə 2 milyon 417 min 502 ton təşkil edib.