Son dəqiqə

Türkiyə Ticarət nazirliyi

Türkiyədən İraqa dəri məhsulları ixracı artıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar – sentyabr aylarında Türkiyənin İraqa dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 21,8 faiz artaraq, 76,7 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin sentyabr ayında Türkiyə İraqa 9,2 milyon dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 39,8 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 21,3 faiz azalaraq, 1 milyard 167 milyon dollara bərabər olub.

“Bu ilin sentyabr ayında Türkiyə 132 milyon dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 16,7 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2023-sentyabr 2024) Türkiyə 1 milyard 541 milyon dollar məbləğində dəri məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər