Bakı, TurkicWorld
2024-cü ilin yanvar – sentyabr aylarında Türkiyədən Səudiyyə Ərəbistana mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz çoxdur, 103 milyon 99 min 89 dollara bərabər olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin sentyabr ayında Türkiyə Səudiyyə Ərəbistan 10 milyon 499 min dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 22,4 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz azalaraq, 5 milyard 828 milyon 607 min dollara bərabər olub.
“Bu ilin sentyabr ayında Türkiyə 661 milyon 819 milyon dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 2,6 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2023- sentyabr 2024) Türkiyə 7 milyard 866 milyon 77 min dollar məbləğində mebel ixrac edib.