Son dəqiqə

Paşa Bank

“PAŞA Bank” “Xəzinədarlıq hedcinq məhsulları” adlı seminar keçirib

Bakı, TurkicWorld

Ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" bazar risklərinin effektiv idarə edilməsi üçün qabaqcıl məhsul və strategiyaların müzakirəsinə həsr olunmuş "Xəzinədarlıq hedcinq məhsulları" adlı seminar keçirib.

17 sentyabrda "Four Seasons" mehmanxanasında baş tutan tədbirin əsas məqsədi, iştirakçılara nağd pul axınının idarə edilməsi, maliyyə sabitliyinin artırılması, bazar hərəkətlərindən faydalanaraq risklərin qarşısının alınması, portfel müxtəlifliyinin yüksəldilməsi, dəyişkən bazarlarda spekulyativ imkanlardan istifadə edilməsi, əmtəə gəlirləri vasitəsilə risklərin idarə olunması və investisiya gəlirlərinin qorunması üçün təqdim edilən alətlər və həllər haqqında ətraflı məlumat təqdim etməkdir.
hecinq-1.jpg (975 KB)Tədbirdə çıxış edən Bank rəsmiləri bildiriblər ki, törəmə maliyyə alətləri, həm fiziki şəxslər, həm şirkətlər, həm də peşəkar investorlar tərəfindən alınıb-satılan maliyyə məhsullarıdır.

"PAŞA Bank"ın İdarə heyətinin sədr müavini Bəhruz Nağıyev qeyd edib ki, bu alətlər, investorların əsas aktivlərdə potensial itkilərdən qorunmalarına kömək edərək, risklərin idarə olunmasında mühüm rol oynayır.

Qeyd edək ki, "PAŞA Bank" müştərilərinin və digər biznes nümayəndələrinin qatıldığı tədbirdə Bank mütəxəssisləri bir sıra xidmət və məhsulların ətraflı icmalını, risk amillərini və təşkilatların ehtiyaclarına uyğun məhsulları təqdim ediblər. İştirakçılara risklərin növləri (faiz dərəcəsi riski, valyuta riski, əmtəə qiymət dəyişmələri və s.), törəmə maliyyə alətləri və bu alətlərin bazar iqtisadiyyatımızdakı roluna dair geniş məlumat verilib.hecinq-9.jpg (1.38 MB)

Mövzuya görə xəbərlər