Son dəqiqə

Rəşad Cabirli

Qeyri qida məhsullarının təhlükəsizliyi olduqca önəmlidir - Rəşad Cabirli

Bakı, TurkicWorld

Qeyri qida məhsullarının təhlükəsizliyi olduqca önəmlidir,

TurkicWorld xəbər verir ki, bu barədə MÜSİAD Azərbaycan idarə heyətinin sədri Rəşad Cabirli Azərbaycan Standartlaşdırma İnstitunun rəhbəri İlham Bayramov və bərabərindəki heyətlə görüşü zamanı bildirib.

“Görüş zamanı geniş fikir mübadiləsi aparıldı, təqdimatlar dinlənildi, əməkdaşlıq perspektivlərini müzakirə etdik. Qeyri qida sektorunda mövcud çatışmazlıqların aradan qaldırılması üçün təkliflərimizi dilə gətirdik. Qida sahəsində olduğu kimi qeyri qida sektorunda da təkmilləşdirilmənin aparılması xüsusi əhəmiyyət kəsb edir. Qeyri qida məhsullarının təhlükəsizliyi olduqca önəmlidir. Xüsusilə öllkəmizə idxal olunan məhsulların standartın tələblərinə uyğunluğuna nəzarətin demək olar ki, olmamasının təhlükəsizlik baxımından təhdid olduğu qənaətindəyik. Bu isə öz növbəsində sağlam rəqabət mühitin formalaşmasına da ciddi təsir edir. Eyni zamanda itehlakçılar arasında standartlaşma ilə bağlı maarifliliyin artırılması istiqamətində bəzi addımlar atılması gərəkdiyini düşünürük. Ötən il dövlət başçısı tərəfindən təsdiq olunmuş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı” bu istiqamətdə aidiyyatı dövlət qurumlarımızın qarşısında duran önəmli bir məsələ olduğunu göstərir.”-deyə Cabirli “X” sosial şəbəkəsində yazıb.

Cabirli qeyd edib ki, Azərbaycan Milli Standartlaşma İnstitutu ötən 2 il ərzində ciddi məsafələr qət edib.

“İnanırıq ki, qısa zamanda qeyri-qida sektorunda da standartlaşmanınn təkmilləşdirilməsi baxımından müsbət dinamikaların şahidi olacıq. Azərbaycan Milli Standartlaşma İnstitutunun rəhbəri İlham müəllimə və bərabərindəki heyətə təşəbbüslərindən və ziyarətlərindən dolayı təşəkkür edirik. MÜSİAD Azərbaycan olaraq bizlər də bu proseslərdə fəal iştirak etməyə, beynəlxalq təcrübəmizi paylaşmağa, əlimizdən gələn dəstəyi verməyə hazırıq”-deyə Cabirli əlavə edib.


Mövzuya görə xəbərlər