Son dəqiqə

Türkiyə Ticarət nazirliyi İslam Əməkdaşlıq Təşkilatı

Türkiyə İƏT-yə üzv ölkələrə ixratını azaldıb (ÖZƏL)

Bakı,TurkicWorld

2024-cü ilin iyun ayında Türkiyənin İƏT-ə üzv ölkələrə ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 2,7 faiz azalaraq 4 milyard 818 milyon 53 min dollar olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata əsasən bu ilin yanvar – iyun ayında, Türkiyənin İƏT-ə üzv ölkələrə ixracı, keçən ilin analoji dövri ilə müqayisədə 9,6 faiz artaraq, 32 milyard 515 milyon 95 min dollar olub.

“Bu ilin iyun ayında Türkiyənin İƏT-ə üzv ölkələrdən idxalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz azalaraq 2 milyard 926 milyon 455 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.

Qeyd olunub ki, 2024-cü ilin yanvar – iyun aylarında Türkiyənin İƏT-ə üzv ölkələrdən idxalı keçən ilin analoji dövrü ilə müqayisədə 6,9 faiz azalaraq, 19 milyard 951 milyon 305 min dollar təşkil edib.

Məlumat üçün qeyd edək ki, bu ilin iyun ayında Türkiyənin xarici ticarət dövriyyəsi 43 milyar 969 milyon dollar olub.

Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin iyun ayında Türkiyənin ixracatı 2023-ci ilin eyni ayı ilə müqayisədə 8,3 faiz azalaraq 19 milyard 49 milyon dollar, idxalı isə 4,4 faiz azalaraq 24 milyard 920 milyon dollar olub.

“Bu ilin yanvar- iyun ayında Türkiyənin xarici ticarət dövriyyəsi 295 milyard 147 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.

Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin yanvar- iyun ayında Türkiyənin ixracatı 2023-ci ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz artaraq 126 milyard 278 milyon dollara, idxalı isə 8,4 faiz azalaraq 168 milyard 869 milyon dollara çatıb.

Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 617 milyard 551 milyon dollara çatıb.

2023-cü ildə Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artaraq 255 milyard 777 milyon, idxalı isə 0,5 faiz azalaraq 361 milyard 774 milyon dollar olub.

Mövzuya görə xəbərlər