Bakı,TurkicWorld
İxracatı artırmaqla istehsalı Avropa İttifaqı (Aİ) standartlarında olmaqla asanlaşdıracaq Yaşıl Sövdələşməyə Uyğunluq Layihəsinə Dəstək üzrə “Məsuliyyətli Proqram” təqdim edilib.
TurkicWorld xəbər verir ki, Aİ ilə ticarətin dayanıqlı olması və ixracatçıların yaşıl transformasiyadan əziyyət çəkməməsi üçün hazırlanmış "Məsuliyyətli Proqram" adlı yol xəritəsi Türkiyənin Ticarət Naziri Ömer Bolat tərəfindən təqdim edilib.
Bolat, bu çərçivədə Aİ Yaşıl Sövdələşməyə uyğunlaşma prosesi zamanı ixracatçılara 10 milyon TL-yə qədər dəstək veriləcəyini söyləyib.
Yaşıl sövdələşmə səbəbiylə ixracın dayanmasının qarşısını almaq və gələcəkdə ixracı artırmaq üçün hazırlanan bu yol xəritəsində ixracatçılara veriləcək dəstək də sektor nümayəndələri ilə paylaşılıb. Türkiyə ilə Aİ arasında Gömrük İttifaqının modernləşdirilməsi işlərinin hələ başlamadığını vurğulayan Bolat, bu işlərin ən əhəmiyyətli məsələlərindən birinin Aİ-nin irəli sürdüyü Yaşıl Sövdələşməyə uyğunluq olduğunu bildirib.
Bolat, "2026-cı il yanvarın 1-də Aİ idxala sərhəddə karbon vergisi tətbiq edəcək və şirkətlərimizin bu prosesə uyğunlaşması ən vacib gündəm maddələrimizdən biridir. Bu səbəbdən 'Responsible' yəni məsuliyyətli adı ilə yeni proqram hazırladıq”.
Məsuliyyətli Proqram adı altında həyata keçiriləcək Yaşıl Sövdələşməyə Uyğunluq Layihəsinə Dəstək ilə əsas məqsədin ixracatçı şirkətlərə yaşıl və rəqəmsal transformasiya prosesində rəhbərlik etmək olduğunu ifadə edən Bolat, "Məsuliyyətli Proqram ilə şirkətlərimiz tərəfindən alınan məsləhət xidmətindən qaynaqlanan xərclərin 5 il müddətində 50 faizi və 10 milyon TL-yə qədər olan hissəsi Ticarət Nazirliyimiz tərəfindən qarşılanacaqdır"