Son dəqiqə

Özəl Türkiyə Ticarət nazirliyi hazır geyim

Türkmənistanın Türkiyədən hazır geyim idxalı azalıb (ÖZƏL)

Bakı,TurkicWorld

2024-cü ilin yanvar-iyun aylarında Türkiyənin Türkmənistana hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz azalaraq, 8 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyun ayında Türkiyə Türkmənistana 1,2 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 6,2 faiz azdır.” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyun aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,8 faiz azalaraq, 8,7 milyar dollara bərabər olub.

“Bu ilin iyun ayında Türkiyə 1,3 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 21,3 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2023-iyun 2024) Türkiyə 18,3 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər