Son dəqiqə

Türkiyə limanları

Türkiyə limanları ilə 9 milyon tona yaxın qida məhsulları daşınıb

Bakı, TurkicWorld

Bu ilin yanvar-iyun ayında Türkiyə limanlarından 8 milyon 734 min 323 ton qida məhsulları daşınıb.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazilikdən bildiriblər ki, daşınan yüklərin 118 min 366 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 8 milyon 615 min 957 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb.

“Bu ilin iyun ayıbda Türkiyə limanlarından tranzit olaraq 29 min 595 ton qida məhsulları daşınıb”- deyə nazirlikdən bildiriblər.

Qeyd edək ki, 2024-cü ilin iyun ayında Türkiyə limanları 32 milyon 186 min 365 ton yük qəbul edib. Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 493 min 685 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 29 milyon 692 min 680 ton olub”, – deyə nazirlikdən bildirilib.

Bununla yanaşı, 2024-cü ilin iyun ayında Türkiyə limanlarından 5 milyon 933 min 804 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar-iyun aylarında Türkiyə limanları 204 milyon 84 min 621 ton yük qəbul edib.

“Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 14 milyon 876 min 762 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 189 milyon 207 min 859 ton təşkil edib”, – deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-iyun aylarında Türkiyə limanlarından 34 milyon 397 min 348 ton transit yük daşınıb.

Qeyd edək ki, bu ilin iyun ayında Türkiyə limanları 5 min 543 gəmi qəbul edib.

Bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 517, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 2 min 26 olub.

2024-cü ilin yanvar-iyun aylarında Türkiyə limanları 29 min 315 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 19 min 790, Türkiyə bayrağı altında olan gəmilər isə 5 min 525 olub.

Mövzuya görə xəbərlər