Bakı, TurkicWorld
2024-cü ilin yanvar-iyun aylarında Türkiyənin Azərbaycana sement məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməyərək, 24,8 milyon dollara bərabər olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin iyun ayında Türkiyə Azərbaycana 3,5 milyon dollar məbləğində sement məhsulları ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 16,5 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-iyun aylarında Türkiyənin dünya bazarlarına sement məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 9,4 faiz azalaraq, 2,1 milyard dollara bərabər olub.
“Bu ilin iyun ayında Türkiyə 336,5 milyon dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 18,3 faiz azdır,” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2023 – iyun 2024) Türkiyə 4,3 milyard dollar məbləğində sement məhsulları ixrac edib.