Çin Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT)

Azərbaycan ŞƏT-in vacib tərəfdaşıdır - Din Tao

Bakı, TurkicWorld

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) vacib tərəfdaşıdır.

TurkicWorld xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Din Tao Azərbaycanın logistika və ticarətinin təşviqi üzrə ŞƏT-in nümayiş zonasında keçirilən konfransda bildirib.

"2016-cı ildə Azərbaycan ŞƏT-in tərəfdaşı və bu təşkilatın vacib üzvü olub, regional iqtisadi əməkdaşlıqda getdikcə daha əhəmiyyətli rol oynayır. ŞƏT-in nümayiş zonası yaradıldığı son altı il ərzində inkişafını davam etdirərək, iqtisadi və ticarət əməkdaşlığının çoxşaxəli xidmətlərinin, ikitərəfli investisiya layihələrinin və biznes platformalarının brendlərini yaradır.

Altıncı görüş zamanı Azərbaycanın Baş nazirinin müavininin iştirakı ilə Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Şanxay arasında anlaşma memorandumu imzalanıb. Bu, yerli iqtisadi və ticarət əməkdaşlığına yeni impuls verib," - deyə o qeyd edib.

Mövzuya görə xəbərlər