Son dəqiqə

Türkiyə Türkiyə lirəsi Statistika

Türkiyə vətəndaşları 2023-də ən çox nəyə pul xərcləyib?

Bakı. TurkicWorld:

2023-cü ildə Türkiyə əhalisinin istehlak xərcləri arasında ən yüksək paya mənzil və kirayə xərcləri, ikinci yerdə nəqliyyat, üçüncü yerdə isə qida və alkoqolsuz içki xərcləri sahib olub.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Statistika Qurumunun (TÜİK) açıqladığı 2023-cü il üçün “ev təsərrüfatlarının istehlak xərcləri” statistika hesabatında məlumat verilib.

Hesabata görə ev və kirayə xərcləri ölkə daxilində 23,9% ilə ev təsərrüfatlarının istehlak xərclərində ən yüksək paya sahib olub. İkinci yerdə 21,9 faizlə nəqliyyat, üçüncü yerdə isə 20,6 faizlə qida və alkoqolsuz içki xərcləri qərarlaşıb.

Həmçinin ümumi istehlak xərclərində ən az payı 0,8 faizlə sığorta və maliyyə xidmətləri, bir faizlə təhsil xidmətləri, 1,9 faizlə əyləncə, idman və mədəniyyət xərcləri tutur.

Onu da qeyd edək ki, aşağı gəlirli ev təsərrüfatları yüksək gəlirli ev təsərrüfatlarına nisbətən ərzağa iki dəfədən çox pul xərcləyib.

Mövzuya görə xəbərlər