Son dəqiqə

Türkiyə Türkiyə Baş Polis İdarəsi Ali Yerlikaya

Türkiyədə 12 narkotik ticarət dəstəsi zərərsizləşdirirlib

Bakı. TurkicWorld

Türkiyənin Adana şəhərində narkotik ticarətiylə məşğul olan 12 dəstə zərərsizləşdirilib, 282 şübhəli şəxs isə saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər naziri Ali Yerlikaya mediaya açıqlama verib.

O bildirib ki, “Adanada 586 qrup, 2855 şəxsi heyət, 10 xüsusi təyinatlı, üç təyyarə, bir helikopter və 23 narkotik axtarış itinin iştirakı ilə “Narkoçelik-21” əməliyyatı həyata keçirilib. Əməliyat nəticəsində zərərsizləşdirilən 282 şübhəli şəxsdən 266-sı həbs olunub, 11-i haqqında məhkəmə nəzarəti qərarı verilib.”

Qeyd edək ki, Yerlikaya sosial media hesabında etdiyi paylaşımda “Əziz millətimizin ölkəmizi zəhər tacirlərindən və küçə satıcılarından təmizləməkdə qərarlı olduğumuzu bilməsini istəyirəm. Ölkəmizin hər yerində narkotik tacirlərinə qarşı əməliyyatlarımız qətiyyətlə davam edəcək”- deyə qeyd edib.

Mövzuya görə xəbərlər