Ankara. TurkicWorld:
2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin Tuzla limanı 440 gəmi qəbul edib.
Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Tuzla limanı Türkiyə bayrağı altında üzən 339, digər ölkələrin bayraqları altında üzən 101 gəmi qəbul edib.
Qeyd edək ki, 2024-cü ilin aprel ayında Türkiyə limanları 34 milyon 395 min 89 ton yük qəbul edib.
Bu dövr ərzində Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 367 min 713 ton təşkil edib.
“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 32 milyon 27 min 376 ton olub”, - deyə nazirlikdən bildirilib.
Bununla yanaşı, 2024-cü ilin aprel ayında Türkiyə limanlarından 6 milyon 77 min 466 ton transit yük daşınıb.
Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar-aprel aylarında Türkiyə limanları 137 milyon 168 min 261 ton yük qəbul edib.
"Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 10 milyon 72 min 186 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 127 milyon 96 min 75 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.
Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-aprel aylarında Türkiyə limanlarından 22 milyon 938 min 589 ton transit yük daşınıb.
Qeyd edək ki, 2024-cü ilin aprel ayında Türkiyə limanları 4 min 756 gəmi qəbul edib
Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 329, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 427 olub.
2024-cü ilin yanvar-aprel aylarında Türkiyə limanları 18 min 477 gəmi qəbul edib.
“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 12 min 704, Türkiyə bayrağı altında olan gəmilər isə 5 min 773 olub”, - deyə nazirlikdən bildirilib.