Son dəqiqə

Özəl Türkiyə Ticarət nazirliyi elektrik avadanlıqları

Yanvar-aprel aylarında Türkiyənin Çinə elektrik avadanlıqları ixracı azalıb (ÖZƏL)

Bakı. TurkicWorld

2024-cü ilin yanvar- aprel aylarında Türkiyənin Çinə elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz azalaraq, 25,9 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin aprel ayında Türkiyə Çinə 5,8 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 34,4 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz azalaraq 5,2 milyard dollara bərabər olub.

Bu ilin aprel ayında Türkiyə 1,2 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 1,3 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində ( aprel 2023- aprel 2024) Türkiyə 16,2 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Mövzuya görə xəbərlər