Son dəqiqə

Avropa İnvestisiya Bankı (AİB)

Çoxtərəfli inkişaf banklarının təsiri onların maliyyələşdirmə həcmi ilə qeyri-mütənasibdir - Ceff Teylor

Tbilisi. TurkicWorld:

Çoxtərəfli inkişaf banklarının təsiri onların maliyyələşdirmə həcmi ilə qeyri-mütənasibdir.

TurkicWorld xəbər verir ki, bu barədə AİB-in baş direktor müavini, satınalmalar, portfel və maliyyə idarəetməsi departamentinin satınalmalar üzrə baş mütəxəssisi Ceff Teylor Tbilisidə AİB-in illik toplantıları çərçivəsində keçirilən "Dayanıqlı satınalmalar - AİB-in iqlim dəyişmələrinin nəticələrinin yüngülləşdiriməsi və onlara adaptasiya üzrə hədəflərinin əldə olunmasına töhfə" mövzusunda panel müzakirəsində çıxışında deyib.

"Əslində, çoxtərəfli inkişaf banklarının təsiri onların maliyyələşdirmə həcmi ilə qeyri-mütənasibdir. Biz lider rolunu oynamaq, bir çox üzv ölkələrimiz üçün nümunə olmaq və ya məsləhət vermək üçün ödəniş edirik. Çoxtərəfli inkişaf bankları birliyinin üzvləri olaraq burada reaktiv rol deyil, lider rolunu öz üzərimizə götürməli və qabaqlayıcı tədbirlər görməliyik. Bu, çoxtərəfli inkişaf banklarının təkamülünün bir hissəsidir.

Mən köhnə satınalma üsulunu, risksiz metodu qeyd etdim. Biz hamımız çoxtərəfli inkişaf bankları qrupu olaraq bu köhnə modeldən uzaqlaşmaq üçün səylə çalışırıq. Bu, asan deyil, lakin proses tam sürətlə gedir və geridönülməzdir. Hər şey qiymət və keyfiyyət nisbəti konsepsiyasından başladı. İndi biz anlayırıq ki, dayanıqlılıq bir dəyərdir və buaraya öz yanaşmalarımızı daxil etməliyik. Buna dair unikal anlayışımız mövcuddur", - o deyib.

Qeyd edək ki, 2-5 may tarixləri ərzində keçirilən 57-ci illik toplantının mövzusu "Gələcəyə Körpü"dür.

İdarəedicilər Şurasının ilk iclası mayın 4-də baş tutacaq. Bununla illik toplantının rəsmi başlanğıcının açılışı olacaq. Bu, ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir. AİB prezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri, eləcə də, AİB Rəhbərlər Şurasının sədri Laşa Xutişvili bəyanatlarla çıxış edəcəklər.

İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okean regionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdən keçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə min iştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi bankların rəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorun nümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, gənclər, elm və media nümayəndələri iştirak edir.