Son dəqiqə

Yanvar-mart Türkiyədə Qazaxıstan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı açıqlanıb

Bakı. TurkicWorld:

2024-cü ilin yanvar-mart ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 10 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 11 şirkət azdır.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Qazaxıstan şirkətlərinin sayının azalmasına baxmayaraq, onların ümumi kapitalı artıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qazaxıstan şirkətlərinin məcmu kapitalı 8,7 milyon türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 8,2 milyon türk lirəsi təşkil edib”, - deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-mart ayında Qazaxıstan şirkətlərinin əksəriyyəti İstanbulda (7) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Qazaxıstan şirkətlərinin ümumi kapitalı 5,4 milyon türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən ki, 2024-cü ilin yanvar-mart ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 7 ticarət şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.