Ağdam Sənaye Parkında günəş enerjisi ilə qidalanan damcılama suvarma sistemi quraşdırılıb - Emin Hüseynov

Ağdam Sənaye Parkında günəş enerjisi ilə qidalanan damcılama suvarma sistemi quraşdırılıb - Emin Hüseynov

İqtisadiyyat Nazirliyi tərəfindən Ağdam Sənaye Parkının meşə zolağında günəşenerjisi ilə qidalanan damcılama suvarma sistemi quraşdırılıb.

TurkicWorld xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov öz rəsmi "Twitter" hesabında yazıb.

"Bu innovativ sistemin quraşdırılması "Ağıllı şəhər" konsepsiyasının vacib elementlərindən biridir", - Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi qeyd edib.