Son dəqiqə

Özəl Türkiyə Ticarət nazirliyi kimyəvi maddə

Yanvar-mart aylarında Türkiyənin Pakistana kimyəvi maddə ixracının həcmi açıqlanıb (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyə 2024-cü ilin yanvar-mart aylarında Pakistana kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 42,4 faiz artaraq 21,5 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"2024-cü ilin mart ayında Türkiyənin Pakistana kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 18,2 faiz artaraq, 7 milyon dollara bərabər olub", - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, Türkiyə 2024-cü ilin yanvar-mart aylarında kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz artıraraq 8 milyard dollara çatdırıb.

2024-cü ilin mart ayında Türkiyənin dünya bazarlarına kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 5,7 faiz artaraq, 3 milyard dollara bərabər olub.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2024-mart 2023) Türkiyə 31,1 milyard dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər