Yanvar-mart aylarında Azərbaycanın Türkiyədən polad məhsulları idxalı 25 milyon dollara çatıb (ÖZƏL)

Yanvar-mart aylarında Azərbaycanın Türkiyədən polad məhsulları idxalı 25 milyon dollara çatıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin Azərbaycana polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz azalaraq, 24,8 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin mart ayında Türkiyə Azərbaycana 6,1 milyon dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 34,3 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-mart aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 faiz artaraq, 1,5 milyard dollara bərabər olub.

Bu ilin mart ayında Türkiyə 4 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 12,2 faiz çoxdur.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2023-mart 2024) Türkiyə 15,3 milyard dollar məbləğində polad məhsulları ixrac edib.

X: Lamanasadli01