Son dəqiqə

Azərkosmos

Azərbaycan 2040-cı ilədək qlobal quraqlıq riskinə məruz qalan ölkələr sırasına daxildir - "Azərkosmos" ASC

Bakı. TurkicWorld:

Azərbaycan 2040-cı ilədək qlobal quraqlıq riskinə məruz qalan ölkələr sırasına daxildir.

TurkicWorld xəbər verir ki, bu barədə "Azərkosmos" ASC-nin İdarə Heyətinin sədri Saməddin Əsədov "İqlim dəyişikliyinə kosmosdan baxış" mövzusunda tədbirdə çıxışında deyib.

"Azərbaycan 2040-cı ilədək qlobal quraqlıq riskinə məruz qalan ölkələr sırasına daxildir. Bugünədək Azərbaycanda 2017-ci illə müqayisədə Böyük və Kiçik Qafqaz dağlarının buzlaqlarının 18 faizi əriyib", - o deyib.

Onun sözlərinə görə, 1993-cü ildən Xəzər dənizinin səviyyəsi 2 metrədək azalıb, bunun 1,5 metro son 5 ilin payına düşüb.

Qızılağac Dövlət Təbiət Qoruğundan danışan S.Əsədov qeyd edib ki, son məlumatlara görə, qoruqdakı su hövzəsinin 40 faizi itib.

"Bütünlükdə Azərbaycan ərazisinin 15 faizi, daha çox Gəncə-Daşkəsən rayonu quraqlıq riski altındadır", - deyə o əlavə edib.

Mövzuya görə xəbərlər